[b]ABŞ-dan Rusiyaya sərt ittiham[/b]
21 sentyabr 2016 03:27 (UTC +04:00)

[b]ABŞ-dan Rusiyaya sərt ittiham[/b]

0

“Suriyada humanitar yardım karvanına aviazərbəni ya Suriya ordusu, ya da  Rusiya aviasiyası  endirib. İstənilən halda ABŞ  hesab edir ki, hadisənin baş verdiyi ərazidə endirilən aviazərbəyə görə məsuliyyət Rusiyanın üzərindədir”.     

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib.

 

“Bizim faktlarımız açıq-aydın aviazərbənin endirilməsini təsdiqləyir. Bu o deməkdir ki, zərbəyə görə yalnız iki subyektdən biri məsuliyyətlidir – ya yerli rejim, ya da Rusiya hökuməti. İstənilən halda biz hesab edirik ki, aviazərbənin bu məkanda endirilməsinə görə məsuliyyət Rusiya hökumətinin üzərindədir”, - deyə Rods qeyd edib.

 

Rusiya tərəfi bundan əvvəl bəyan edib ki, nə Rusiya, nə də Suriya aviasiyası humanitar yardım karvanına  zərbə endirməyib.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar