<b>ABŞ-da aeroporta silahlı hücum: </b><span style="color:red;">5 ölü, 45 yaralı  - <span style="color:red;">YENİLƏNİB-2
07 yanvar 2017 07:15 (UTC +04:00)

ABŞ-da aeroporta silahlı hücum: 5 ölü, 45 yaralı - YENİLƏNİB-2

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.

 

“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.

 

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini  Esteban Santyaqo saxlanılıb.

 

***

 

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fort-Loderdeyl şəhərinin meri Barbara Şerif bəyan edib.

 

“Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Cinayəti törədən şəxs saxlanılıb”, deyə B.Şerif bildirib.

 

Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) naməlum şəxs hava limanında atəş açıb. İlkin məlumata əsasən, cinayəti  Alyaska ştatının sakini  törədib.  

 

***

 

Polis Florida ştatında silahlı insident nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyib.

 

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

 

Fort-Loderdeyl şəhərinin hava limanında baş verən insident zamanı 8 nəfərin yaralandığı bildirilir.

 

Atəşi açan şəxsin saxlanıldığı, hava limanında vəziyyətin nəzarət altında olduğu bildirilir. 

 

***

 

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

 

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35