[b] Şimali Koreyada daşqın: 133 ölü, 400 itkin[/b]
12 sentyabr 2016 07:51 (UTC +04:00)

[b] Şimali Koreyada daşqın: 133 ölü, 400 itkin[/b]

0

Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 400 nəfər itkin düşmüş hesab edilir.

 

Məlumata əsasən, ölkədə yağan aramsız yağışlar səbəbindən Tumanqan çayı məcrasından çıxaraq  daşqınlar əmələ gətirib.

 

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə,  107 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar