“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.
O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.