“Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
Onum sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
“Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyat yanvarın 8-də keçirilib. Bu, “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının Yəməndə və regionun digər ölkələrində terror aktları hazırlamaq və həyata keçirmək imkanlarını azaldacaq”, deyə P.Kuk bildirib.
Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.