Meksikanın Herrero ştatının baş prokurorluğu 13 plastik torbada 6 nəfərin cəsədlərinin fraqmentlərinin tapılması ilə əlaqədar araşdırmaya başlayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Herrero ştatının hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üzrə qrupun nümayəndəsi Roberto Eredinin sözlərinə görə, insan qalıqları güclü çürümə mərhələsindədir.
"Araşdırmanın ilkin nəticələri göstərir ki, cinayətin mümkün motivi xaş-xaşın əkilməsi, yığımı və daşınmasına görə mübarizə (cinayətkar qruplaşmalar arasında) olub", - Eredi deyib.