ABŞ-ın dövlət katibi Moskvaya səfəri zamanı bir sıra açıqlamalar edib. Lent.az-ın məlumatına görə, o, deyib ki, Suriya məsələsində hər iki dövlətin ortaq maraqları var.
Onun sözlərinə əsasən, Rusiya və ABŞ bölgədə təhlükəsizliyin təmin olunması və ekstremizmə qarşı fəaliyyət göstərməkdə maraqlıdır.
Xatırladaq ki, son iki ilə Suriyadakı münaqişə fonunda iki ölkə arasında münasibət ciddi şəkildə mürəkkəbləşib.