«Müsəlman qardaşları» hərəkatı sensasiya doğuracaq açıqlama verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iyulun 18-də onlar Misirin yeni hakimiyyəti ilə danışıqlar üçün Avropa Birliyinə (AB) vasitəçilik etməyi təklif edib.
Hərəkatın təmsilçisi Cihad əl-Həddadın açıqlamasına əsasən, Avropa Birliyinin ali komissarı Ketrin Eştonun bu yaxınlarda Qahirəyə səfəri zamanı belə bir təklif ona təqdim olunub.
Həddad onu da qeyd edib ki, indiki mərhələdə hərəkat yeni hakimiyyətlə danışıqlarla bağlı öz mövqeyini hələ müəyyən etməyib. Onun sözlərinə görə, çox güman ki hərəkat devrilmiş prezidentin öz vəzifəsinə qaytarılmasını istəyəcək.