«Corc Buş» hərbi gəmisi Aralıq dənizində bir müddətdə qalacaq
15 mart 2014 03:41 (UTC +04:00)

«Corc Buş» hərbi gəmisi Aralıq dənizində bir müddətdə qalacaq

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan «Corc Buş» gəmisi Aralıq dənizində planlaşdırıldığından bir neçə gün artıq qalacaq.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyi mətbuat xidmətinin təmsilçisi polkovnik Stiv Uorren bu haqda açıqlama verib.

 

Uorrenin sözlərinə əsasən, bu, əlavə təlimlərin keçirilməsinə və  bölgədə hərbi-dəniz təlimlərin hazırlığının yaxşılaşdırılmasına imkan verəcək.

 

«Qrafik bir neçə gün uzadılıb. Bunun iki səbəbi var: təlimlər üçün əlavə vaxt, bir də müttəfiqlərimizdə güvənci artırmaq»-deyə, Uorren bildirib.

 

O, əlavə edib ki, Pentaqon Ukraynada baş verənləri «çox diqqətlə izləyir» və Rusiyanı gərginliyi azaltmaq üçün tədbir görməyə  çağırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar