ABŞ prezidenti Barak Obama Pentaqonun məxfi sənədlərini dərc etdiyinə görə 35 il müddətinə həbs cəzasına məhkum olunmuş “WikiLeaks”in informatoru Çelsi Menninqin (əvvəllər Bredli Menninq) cəzasını yüngülləşdirib.
APA-nın “ABC News” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Çelsi Elizabet Menninq <...> Cəzası yüngülləşdirilsin: həbsin müddəti 2017-ci ilin mayın 17-də başa çatacaq”, - deyə məlumatda bildirilir.