ABŞ-a məxsus “USS Porter” hərbi gəmisi fevralın 11-də Qara dənizi tərk edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının mətbuat xidmətinin məlumatında bildirilir.
Gəmi fevralın 2-də Qara dənizə daxil olub. Məlumata əsasən, gəmi “təhlükəsizliyin təmin olunması üzrə əməliyyatlar keçirib” və “Sea Shield 2017” (“Dəniz qalxanı-2017”) beynəlxalq təlimlərdə iştirak edib.
Təlimlərə Rumıniya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İspaniya, ABŞ, Kanada və Ukraynadan 2800-dək hərbçi, 15 gəmi və 10 təyyarə qatılıb.