24 iyun seçkiləri öncəsi İYİ Partiyasının platformasını açıqlayan partiya sədri Meral Akşener qalib gələcəyi halda TRT-ni satacaqlarını bildirib.
Lent.az Habertürk-ə istinadən bildirir ki, İYİ Partiyasının rəhbəri açıqladığı platformanın dörd başlıqdan ibarət olduğunu deyib. O bildirib ki, seçildikləri təqdirdə onun görəcəyi əsas işlərdən biri iki ildir ölkəsində davam edən fövqəladə vəziyyət rejimini aradan qaldırmaq olacaq:
“Parlament sisteminə geri dönmək, yeni konstitusiya üçün hazırlaşmaq da bizim əsas məqsədlərimizdən olacaq. Dövlətin maliyyə ayırdığı bütün media qurumlarını, o cümlədən TRT-ni satacağıq. Dövlət üzərində hüququn aliliyini təmin etmək bizim əsas məqsədimizdir”.