“Sarkisyan qanunsuz silah satışı aparır” -İTTİHAM
06 fevral 2015 18:55 (UTC +04:00)

“Sarkisyan qanunsuz silah satışı aparır” -İTTİHAM

 

 

Ermənistan prezidenti qanunsuz silah satışı aparır.


 

APA-nın «epress» saytına istinadən verdiyi məlumata görə, bu bəyanatla Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns çıxış edib.

 

A. Sakuns Ermənistan rəhbərliyi tərəfindən Gürcüstana silah satışının həyata keçirildiyini açıqlayıb. O bildirib ki, qanunsuz silah satışında bir nəfər günahkar tanınıb – Vanik Manukyan. Onun məhkəmə iclası da qapalı və sürətlə keçirilib. Vəzifəli şəxslər barədə təqiblərin həyata keçirilmədiyini bildirən A. Sakuns onların öz vəzifələrində qaldıqlarını vurğulayıb.

 

O bu prosesdə Ermənistan Daxili Qoşunlarının keçmiş komandanı Qareqin Qabrielyanın, Ermənistan Polisinin rəis müavini Ovanes Unanyanın, müdafiə nazirinin müavini Alik Mirzəbekyanın, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Departamentinin Texniki Silahlanma İdarəsinin rəisi Serob Abramyanın iştirak etdiklərini bildirib.

 

«Onlar bu silahları Gürcüstana satıb böyük gəlir əldə etdilər. Bir nəfər Ermənistandan o qədər silahı çıxarmağı necə bacardı? Bu işdə iştirak edən müdafiə nazirinin müavini Alik Mirzəbekyan məsuliyyətə cəlb edilmədi, əksinə yeni vəzifə aldı. İndi o, Baş Qərargahın rəis müavinidir», - deyə Sakuns vurğulayıb.

 

Hüquq müdafiəçisi bütün bunların Ermənistan prezidenti Serj Sarkisyana bağlı olduğunu deyib. O qeyd edib ki, korrupsiya cinayət işləri üzrə cəlb edilmiş insanlar öz vəzifələrində qalırlar, vəziyyət bu qaydada da davam edəcək: «Nizamnamə münasibətlərinin pozulmasının səbəbi bundan ibarətdir. Korrupsiyanın xaç atası – Ali Baş komandan onları himayə edir. Bizi isə vətən xaini adlandırırlar. İndii vətən xaini kimdir? Kim qonşu ölkələrə silah satışını reallaşdırır? Biz bilmirik, məhz bu silahlar Gürcüstandan hara gedəcək - Azərbaycana, yoxsa Türkiyəyə...»

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35