Braziliyada “sarı qızdırma” epidemiyasından ölənlərin sayı 52-yə çatıb
Braziliyada “sarı qızdırma” epidemiyasından ölənlərin sayı 52 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Səhiyyə nazirliyindən bildirilib.
Xəstəliyə yoluxanların sayının 149 nəfərə çatdığı qeyd olunur. “Bu ilki “sarı qızdırma” epidemiyası son 37 ildə baş vermiş ən böyük epidemiyadır”, nazirliyin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, Cənubi və Mərkəzi Amerika, habelə Afrikanın tropik ərazilərində yayılan “sarı qızdırma” xəstəliyi ağcaqanadlar vasitəsi ilə yayılır.