“RİA Novosti”-nin baş redaktoru xəstəxanaya yerləşdirilib
07 iyun 2019 05:24 (UTC +04:00)

“RİA Novosti”-nin baş redaktoru xəstəxanaya yerləşdirilib

RT və “RİA Novosti”-nın baş redaktoru Marqarita Simonyan xəstəxanaya yerləşdirilib.
 
APA Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Simonyanın Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası ilə "Exo Moskva" radiostansiyasındakı görüşündən sonra baş verib.
 
Simonyan öz Telegram-kanalında qeyd edib ki, hüquqşünasla radionun dəhlizində görüşüb, söhbət edib. Fondun hüquqşünası ona Moskva meri Sergey Sobyaninlə bağlı suallar verib və danışıqları kameraya çəkib. Baş redaktorun halı məhz ondan sonra pisləşib.
 
Radiostansiyanın əməkdaşlarının köməyə gəldiyini açıqlayan baş redaktor hamilə olduğunu da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar