İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı İzmir Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində 10 xarici vətəndaş həbs olunub.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxslər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.
Teraktı törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.
Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.