“Mercedes-Benz” 95 min avtomobili Çindən geri çağırdı
18 mart 2019 09:21 (UTC +04:00)

“Mercedes-Benz” 95 min avtomobili Çindən geri çağırdı

Almaniyanın məşhur istehsalçısı “Mercedes-Benz” Çin bazarında satığı 95 min avtomobili sükan nasazlığı ilə əlaqədar geri çağırır.
 
Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası xəbər verir ki, geri çağırılan avtomobillər “Mercedes-Benz”in Pekindəki müştərək müəssisəsində 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan “E” və “GLC” sinif nəqliyyat vasitələridir.
 
Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin sükan sistemindəki nasazlıqların qəzalara səbəb olacağını güman edirlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.
 
(AZƏRTAC )
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar