Suriya hərbçiləri Homs əyalətinin şimalında “Cəbhə ən-Nüsrə”-nin başçılarından biri daxil olmaqla, qruplaşmanın 7 üzvünü öldürüblər.
APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, hökumət qüvvələri Əl-Mahatta və Cavalək yaşayış məntəqələrində silahlıların toplantılarının keçirildiyi obyektlərə artilleriya zərbələri endiriblər.
Məlumata görə, öldürülənlər arasında qruplaşmanın başçılarından biri - Məhəmməd Qasım Əl-Hacın da olduğu bildirilir.