Premium-klass eynək istehsalçısı olan Luxottica şirkəti 95 yaşlı Ayris Apfelin çəkildiyi Class adlı yeni reklam kampaniyasını təqdim edib. Lent.az buro247.az-a istinadən xəbər verir ki, fotoqraf Fumi Naqasaka reklam kampaniyasını məzun albomu tərzində çəkib. Çəkilişlərin qəhrəmanları əsas özünüifadə üsulunun zahiri görünüş olduğu sinifyoldaşı tipajları olub. Burada sinifin birinci gözəli, botanik, xəyalpərəst və müəllim rolunu ifa edən model Hari Nef var. Ancaq çəkiliş əsas ulduzu eynəklərin fərdi stilinin ayrılmaz hissəsi olduğu 95 yaşlı dizayner Ayris Apfeldir.
95 yaşında eynək reklamına çəkildi
297