Yaponiyanın paytaxtı Tokioda 54 il fasilədən sonra noyabr ayında qar yağıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, normal şərtlər altında ilin bu dövründə 10-17 dərəcə istilik müşahidə olunduğu üçün qarı görən tokiolular çox təəccübləniblər. Sinoptiklərin verdiyi məlumata görə, qarın yağmasına səbəb şəhərin üzərindən keçən soyuq hava kütlələri olub.
Qeyd edək ki, Tokioda sonuncu dəfə 1962-ci ilin noyabr ayında qar yağıb.