Kolumbiyada 30 nəfəri öldürməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan yeniyetmə cinayətləri 5 il ərzində törədib.
Məlumata əsasən, əvvəllər Kali şəhərində fəaliyyət göstərən cinayətkar qrupun üzvü olan yeniyetmə sonra mütəşəkkil cinayətkar dəstə yaradıb.
Qeyd olunur ki, yetkinlik yaşına çatmadığına görə onun cəmi 8 il müddətinə azadlıqdan mərhum edilməsi gözlənilir.