130 arvadı olan kişi vəfat etdi
31 yanvar 2017 02:42 (UTC +04:00)

130 arvadı olan kişi vəfat etdi

0

Nigeriyada ata Masaba adı ilə tanınan və 130 arvadı olan 93 yaşlı keçmiş vaiz vəfat edib.

 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Məhəmməd Bello Əbubəkir ötən həftənin şənbə günü öz evində xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin adı açıqlanmayıb.

 

“Nigeria's Daily Trust” qəzetinin verdiyi məlumata görə, 2008-ci ildə məşhurlaşan Əbubəkirin o zaman 85 arvadı var idi. Lakin ölənə kimi bu rəqəm 130-a çatmışdı.

 

Qəzetin yazdığına görə, onun xanımlarından bəziləri hamilədir. Əbubəkirin 203 uşağı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar