“Xarkovu vurmaqda davam edirlər, bomba yağışı bir an dayanmır”.
Bunu Lent.az-a Ukraynanın Xarkov şəhərində yaşayan Kifayət Cəfərova deyib. O bildirir ki, hazırda zirzəmidədilər:
“Hamımız zirzəmilərə yığışmışıq. Vəziyyət heç də ürəkaçan deyil. Səhər konsulluq xeyli azərbaycanlını evakuasiya etdi. Bir neçə saatdan sonra isə növbəti hissə göndərilməlidir. Şəhər qubernatorunun verdiyi məlumata görə, gecə Rusiya ordusunun Xarkovu bombalaması nəticəsində 21 nəfər ölüb, 100-dən artıq insan isə yaralanıb. (Kövrəlir) Nə deyə bilərəm, bizim üçün dua edin”.