Almaniyanın Volfsburq şəhərində “Volkswagen” şirkətinin sabiq direktoru Karl Horst Han 96 yaşında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
O, 1959-1964-cü illərdə “Volkswagen”in Amerika törəmə şirkətinin rəhbəri olub.
Bundan sonra o, “Volkswagen”in idarə heyətinə seçilib və o, Almaniyadakı “Volkswagen”in baş ofisinə köçərək avtomobil istehsalçısının satışlarına rəhbərlik edib.
1973-cü ildə o, şirkəti tərk edib, lakin 1982-ci ildə geri qayıdıb və baş direktor və direktorlar şurasının rəhbəri olub.