ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbinin sözlərinə görə, Maliyyə Nazirliyi “Vaqner” Qrupunu “ciddi transmilli cinayət təşkilat" kimi təsnif edib. O, həmçinin bu kvalifikasiyaya əsaslanaraq, ABŞ-ın sözügedən təşkilata qarşı əlavə sanksiyalar tətbiq edəcəyini vurğulayıb.