Fransada xəstəxanalardan birində 6 azyaşlı uşağa səhvən dozadan artıq vaksin vurulub.
Lent.az-ın xəbərinə görə, hadisə Mans kommunasının yeni açılmış vaksinləmə məntəqəsində baş verib. Uşaqlara 10 milliqram əvəzinə 30 milliqram “Pfizer” vaksini yeridlib.
Uşaqlar həkim nəzarətinə götürülüb, onların səhhətində hələ ki ciddi dəyişiklik müşahidə olunmur.