Ukraynanın keçmiş prezidenti həbs edildi
17 yanvar 2023 18:52 (UTC +04:00)

Ukraynanın keçmiş prezidenti həbs edildi

Məhkəmə Maydan işi üzrə keçmiş prezident Viktor Yanukoviç barəsində növbəti dəfə həbs-qətimkan tədbiri seçib. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə yanvarın 17-də Dövlət İstintaq Bürosu məlumat yayıb.

“Dövlət İstintaq Bürosu müstəntiqinin müraciəti əsasında Baş Prokurorluqla razılaşdırılaraq, məhkəmə Ukraynanın keçmiş prezidentinə qarşı qiyabi həbs qətimkan tədbiri seçib”, - məlumatda deyilir.

Bildirilir ki, hələ 2021-ci ilin noyabrında Dövlət İstintaq Bürosu 2014-cü ildə etiraz aksiyaları zamanı Yanukoviç və daha doqquz məmurun cinayətləri ilə bağlı araşdırmanı başa çatdırıb.

“Müəyyən edilib ki, bu mütəşəkkil cinayətkar dəstənin əməlləri nəticəsində təkcə bu müddət ərzində 76 vətəndaş ölüb, 800-dən çoxu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - bürodan bildirilib.

Hazırda 10 şübhəlinin hamısı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hakim həmçinin müdafiə tərəfinin ibtidai istintaqın materialları ilə tanış olması üçün müddət də müəyyən edib, bundan sonra ittiham aktı məhkəməyə göndəriləcək.

Bildiyiniz kimi, əvvəllər məhkəmələr Yanukoviç üçün hakimiyyətin mənimsənilməsi, Xarkov razılaşmaları və fərarilik halları üzrə həbs-qətimkan tədbiri seçib.

Həmçinin bildirilib ki, Ali Antikorrupsiya Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək Viktor Yanukoviçin bütün əmlakını müsadirə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar