Ukraynadan gözlənilən ETİRAF
09 iyul 2023 11:10 (UTC +04:00)

Ukraynadan gözlənilən ETİRAF

Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib.

Lent.az-ın  xəbərinə görə, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında bildirib.

Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Oxşar yazılar