Ukraynada Rusiya ordusunun 3 qırıcısı vuruldu - YENİLƏNİB
16 mart 2022 14:42 (UTC +04:00)

Ukraynada Rusiya ordusunun 3 qırıcısı vuruldu - YENİLƏNİB

Ukraynada Rusiya ordusunun daha bir hərbi təyyarəsi vurulub.

Lent.az xəbər verir ki, bu barədə Şimal Əməliyyat Komandanlığının mətbuat mərkəzi məlumat yayıb. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Çerniqovu raket atəşinə tutan Rusiya təyyarəsini vurub.

O da qeyd olunub ki, ukraynalı döyüşçülər Novoselovka ərazisinə daxil olmağa çalışan Rusiya qoşunlarının hücumunu uğurla dəf ediblər.

Xatırladaq ki, ötən gün Ukrayna aviasiyası Rusiyanın aralarında iki “Su-34” bombardmançı təyyarə olmaqla 10-a yaxın uçan obyektini məhv etmişdi. Vurulan digər təyyarənin isə modeli müəyyənləşməyib.

***

Saat: 12:42

Rusiya ordusuna məxsus daha iki hərbi təyyarəsi vurulub.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Bildirilir ki, ölkənin cənubunda gedən döyüşlər zamanı Rusiya ordusuna məxsus iki “Su-30” qırıcı təyyarəsi vurulub.

Məlumata əsasən, təyyarələrin pilotları dənizə düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Mehman Nəbiyev

Oxşar yazılar