Ukraynada başlayan müharibə dövründə 176 uşaq həlak olub, 324-dən çoxu yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Uşaqlar ən çox Donetsk (102), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (22), Xerson (29), Sumı (16) şəhərlərində, o cümlədən Jitomir (15) vilayəti və paytaxtda (16) əziyyət çəkiblər.
Həmçinin vurğulanıb ki, ölən və yaralanan uşaqların sayının artacağı istisna edilmir. Çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə yerləşdirilməsi istiqamətində işlər aparılır.