Mayın 16-da axşam saatlarından etibarən Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edilib.
Lent.az-ın alerts.in.ua xidmətinə istinadla məlumatına görə, hava hücumu xəbərdarlığı bütün cənub, şimal və şərq rayonlarını əhatə edib.
Prezident Aparatının rəhbəri Andrey Yermak ukraynalıları hava hücumu siqnalına əməl etməyə çağırıb.