Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqı ölkələrini Ukraynada döyüşməkdən imtina edən Rusiya əsgərlərinə sığınacaq verməyə çağırıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun fikrincə, bu, həyata keçirilməli olan dəyərli ideyadır.
O, Avropa İttifaqı ölkələrini rusiyalı fərarilərə sığınacaq vermək barədə düşünməyə çağırıb.
Mişel Rusiya hərbçilərinə müraciətində deyib: “Ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın, döyüş meydanını tərk edin”.