Ukraynada bu “Bayraktar”lardan istifadə olunur:  Görün nəyə qadirdir?   - VİDEO
09 aprel 2022 22:40 (UTC +04:00)

Ukraynada bu “Bayraktar”lardan istifadə olunur: Görün nəyə qadirdir? - VİDEO

“Bayraktar TB2” pilotsuz uçan aparatının Rusiyaya qarşı müharibədə göstərdiyi “qəhrəmanlıqlar” bütün dünyada eşidilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, indi Ukraynada Rusiya ordusuna qarşı mübarizədə fərqli tipli Türkiyə PUA-larından istifadə edildiyinə dair sübutlar var.

Oryxspioenkop.com saytının jurnalistləri dronun Ukraynadakı görüntülərini araşdırıb və bunun “Bayraktar Mini” modeli olduğu qənaətinə gəliblər.

“Bayraktar Mini” necə işləyir?

“Bayraktar”ın daha gənc modeli zərbə endirici deyil, yalnız kəşfiyyat funksiyasına malikdir. Bununla belə, ekspertlər hesab edirlər ki, bu model şərti piyada bölmələrinin döyüş effektivliyini artırmaq üçün dəyərlidir.

“Bayraktar Mini” tətbiqinin praktiki nümunəsi bu videoda göstərilir. Ukrayna hərbçiləri Rusiya hərbçilərinin izinə düşüb, onları texnikanın olduğu yerə aparıb, sonra isə artilleriya və hətta böyük qardaş “Bayraktar TB2” öz sözünü deyib.

“Bayraktar Mini” cəmi 1,2 metr uzunluğunda və 3,5 kiloqram ağırlığındadır. O, adi bir kağız təyyarə kimi əllərdən havaya buraxılır.

Ən son model 30 kilometrə qədər radiusda işləyə bilir və 120 dəqiqəyə qədər uçuşda olur. Uçuş hündürlüyü 1200 metrdir.

“Bayraktar Mini”lər ABŞ-ın Ukraynaya təqdim edəcəyini vəd etdiyi Amerikanın RQ-20 Puma İHA-larına oxşar dizayndadır.
 

Ukraynada “Bayraktar”ın fərqli növündən istifadə olunur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4716
avatar

Oxşar yazılar