Ukraynada AES yaxınlığında partlayış
26 oktyabr 2023 01:36 (UTC +04:00)

Ukraynada AES yaxınlığında partlayış

Ukraynanın Xmelnitski atom elektrik stansiyası (AES) yaxınlığında partlayış baş verib.

Lent.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Hadisə ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi açıqlama verib:

"Bu hadisə Ukraynadakı son dərəcə həssas olan nüvə təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirir. Bu müharibə davam etdikcə faciəli hal davam edəcək. Çox sayda pəncərələrin sınması təhlükənin nə qədər yaxın olduğunu göstərir. Növbəti dəfə şansımız o qədər gətirməyə bilər", - deyə Qrossi bildirib.

O vurğulayıb ki, nəyin bahasına olursa-olsun atom elektrik stansiyasına zərbə endirməkdən qaçmaq lazımdır.

Onun sözlərinə görə, AEBA ekspertləri iki güclü partlayışın olduğunu bildiriblər.

Sonradan onlara məlumat verildi ki, hadisə yerindən təxminən 5 və 20 km aralıda iki pilotsuz uçuş aparatı vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar