Oktyabrın 12-də səhər saatlarında Ukraynanın cənubundakı zenit-raket bölmələri 18 dəqiqə ərzində Rusiyanın dörd hücum helikopterini vurub.
Lent.az xarici meiaya istinadla bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Oktyabrın 12-də saat 8.40-dan 8.58-dək Ukraynanın cənubunda Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın ən azı dörd hücum helikopterini (ehtimal ki, Ka-52) məhv edib”, - məlumatda vurğulanıb.
İlkin məlumatlara görə, bir helikopter Rusiya hərbçilərindən azad edilmiş əraziyə, qalanları isə cəbhə xətti boyunca düşüb.