Ukrayna Saakaşvilinin üçüncü ölkəyə göndərilməsini təklif etdi
09 yanvar 2023 01:23 (UTC +04:00)

Ukrayna Saakaşvilinin üçüncü ölkəyə göndərilməsini təklif etdi

Ukrayna rəsmi olaraq Mixail Saakaşvilini müalicə üçün Ukraynaya və ya hər hansı digər üçüncü ölkəyə köçürməyi təklif edir.

Lent.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya transferi təklifi rəsmidir.

“Mən Mixail Nikolayeviçə rəğbət bəsləyirəm. Ona hörmət edirəm, çünki o, tarixi ölçüyə malik şəxsiyyətdir. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, Saakaşvilini müalicə üçün bizə transfer edək. Ukraynaya verilməsə, üçüncü ölkəyə, Avropa ölkələrinə müalicə üçün göndərilsin” – Podolyak vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar