Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələri 5 kəndi azad edib.
Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələri “Telegram”da məlumat yayıb.
“Xerson istiqamətində 5 kənd azad edilib, Rusiya ordusu Çernobaevka istiqamətində geri çəkilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 57 gün ərzində Ukrayna ordusu mindən çox yaşayış məntəqəsini rus qüvvələrindən azad edib.