Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, bu bardə CNN telekanalı məlumat yayıb.
Qeyd olunub ki, ABŞ tank heyətləri yaxın vaxtlarda ukraynalı hərbçilərə təlim keçəcək.
“Ukrayna qüvvələri əks-hücuma hazırlaşır”, - deyə Bayden bildirib.
Bayden bildirib ki, əks-hücum üçün Ukraynaya güclü mobil silahlar lazımdır.