Kiyev G7 ölkələri və Beynəlxalq Valyuta Fondundan (BVF) 50 milyard dollar yardım istəyib.
Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin onlara müraciət etdiyinə diqqət çəkib.
Ustenkonun sözlərinə görə, dövlət başçısı ayda təxminən 7 milyard avronun il sonunan kimi büdcədə olan kəsiri bağlaya biləcəyini düşünür.