Adanada 13 mərtəbəli, yerlə yeksan olmuş binanın 9-cu mərtəbəsində yaşayan ər və arvad möcüzəvi şəkildə canlarını ölümdən qurtara biliblər.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Abdurrahman Arnas və xanımı Seyhan Arnas zəlzələdən sonra yuvarlanaraq sağ-salamat yerə düşüblər.
Əslində zəlzələ gecəsi Arnas ailəsi xərçəng xəstəsi olan analarına baş çəkmək üçün bir yerə toplanmışdı. Həmin gecə evdə 7 nəfər var idi. Güclü təkanlar yaşayış binansını elə ilk zərbədə dağıtdı. Abdurrahman və Seyhan özləri də anlamadan uçmuş divarların üstü ilə öncə dördüncü mərtəbəyə, sonra birinci qata yuvarlandılar. Lakin ailələri hələ də dağıntılar altındadır. Həyəcan dolu gözləmə anları davam edir.