Türkmənistandakı zəlzələnin Azərbaycana aidiyyatı yoxdur - RƏSMİ   -YENİLƏNİB
16 avqust 2023 06:29 (UTC +04:00)

Türkmənistandakı zəlzələnin Azərbaycana aidiyyatı yoxdur - RƏSMİ -YENİLƏNİB

Telefonlara gələn zəlzələ məlumatı ilə bağlı bildirmək istəyirik ki, zəlzələ Türkmənistan ərazisində baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. 
 

***

06.03

Türkmənistanda 5 bal gücündə zəlzələ qeydə alınıb. 
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 68,2 min nəfərin yaşadığı Türkmənbaşı şəhərindən 34 km şimal-şərqdə, 47 km dərinlikdə yerləşib.  

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6399
avatar

Oxşar yazılar