Bazar günü Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 210 min insanın yaşadığı Antakya şəhərindən 25 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.