Türkiyənin dəniz akvatoriyasında 4,4 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri Muğlanın Datça rayonundan 199,73 kilometr aralıqda, dənizdə 6,88 kilometr dərinlikdə yerləşib.