Türkiyədə zəlzələ oldu
19 may 2021 15:58 (UTC +04:00)

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ olub.

Lent.az ölkə mediasına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasından verilən məlumata görə, Quşadası körfəzində 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ İzmir və Aydın bölgələrində hiss edilib.

Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) isə zəlzələnin mərkəzinin İzmirin Menderes bölgəsində olduğu barədə məlumat yayıb. Qeyd edilib ki, zəlzələ 4.3 bal gücündə olub.

Hadisə nəticəsində yaralananlarla bağlı hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar