Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu agentliyi bildirib.
Qeyd edilib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
***
20.11
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47,07%-nin (21,389,515) səsini qazanıb.
***
19.42
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 71.45 faizi açılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54.37%-nin(19,668,674), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45.63%-nin (16,504,180) səsini qazanıb.