İstanbulun Gültəpə məhəlləsində pişiklərin sayının günbəgün azalması sakinlərin nəzərindən yayınmayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, şübhələnən sakinlər orada yaşayan Yaponiya vətəndaşını izləməyə başlayıblar. Məlum olub ki, 3 ildir həmin məhəllədə yaşayan yaponiyalı D.M səhər saat 05:00 radələrində 5 pişik balasını bir qaba yığaraq evinə aparıb.
Dərhal polisə müraciət edən sakinlərin sayəsində şübhəli yapon saxlanılıb. O, pişikləri boğduğunu, bişirdiyini və yediyini etiraf edib.
Türkiyədə yaşayan Yaponiya vətəndaşı 10 min 375 lirə cərimələnib və ölkədən çıxarılması üçün miqrasiya idarəsinə təhvil verilib.