Türkiyədə hərbi hissəni partlatmaq istəyən İŞİD casusu tutuldu
25 fevral 2021 12:47 (UTC +04:00)

Türkiyədə hərbi hissəni partlatmaq istəyən İŞİD casusu tutuldu

Türkiyənin İstanbul şəhərində İŞİD casusu saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Terrorla Mübarizə Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə Yenibosna Tabor Komandanlığı yaxınlığında kəşfiyyat aparan İŞİD casusu Məhəmməd Yəhya adlı şəxs gecə saatlarında ələ keçirilib.

Onun hansı əməllər törətmək istəyi və kəşfiyyat planlarının öyrənilməsi üçün istintaqa araşdırmaların başlanılıb. Casusun hansı səviyyədə kəşfiyyat işləri aparması hələ ki bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Mehman Nəbiyev

Oxşar yazılar