TÜRKİYƏDƏ FACİƏ:   piyadalar yük maşınının altında qaldı
15 may 2021 21:16 (UTC +04:00)

TÜRKİYƏDƏ FACİƏ: piyadalar yük maşınının altında qaldı

Türkiyədə İzmir şəhərinin Berqama rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yük maşını ilə taksi fəaliyyəti ilə məşğul olan avtomobil toqquşub.

İdarəetmədən çıxan yük maşını piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxıb. Qəza nəticəsində səkidə gedən iki piyada avtomobilin altında qalaraq ölüb.

Qəzada avtomobillərdə olan 5 nəfər yaralanıb.

# 1923
avatar

Oxşar yazılar