Türkiyənin Mersin şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Lent.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.
Bildirilib ki, hərəkətdə olan sərnişin avtobusu qarşı zolağa keçərək 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub.