Ömər Çelik
24 avqust 2021 05:44 (UTC +04:00)

Ömər Çelik

"Türkiyə qaçqın düşərgəsi deyil" - AKP rəsmisi

Türkiyə Əfqanıstandan bir qaçqın belə qəbul edə bilməyəcək.

APA xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

“Bu gün Əfqanıstanda beynəlxalq məsuliyyətlərini yerinə yetirməkdə zəiflik göstərənlərin, bir neçə gün əvvəl Suriyada təhlükəsiz ərazi və uçuşa qadağa bölgəsi qurmaqdan çəkindiklərini” vurğulayan Çelik sözlərinə belə davam edib:

“Bunun xaricində bəzi dövlətlərdən açıqlama edilir: Türkiyədə belə bir mexanizm quracağıq və ya Əfqanıstandan Türkiyəyə köçənlər üçün daha çox maddi yardım göstərək. Bütün bunların hamısı hörmətsizlikdir. Türkiyənin daha bir qaçqın qəbul edəcək, bu yükü qaldıracaq imkanı yoxdur. Türkiyə bu qədər yükü bütün dünya ictimaiyyəti adına bu insanlar ölməsinlər deyə yerinə yetirib. Dövlətlərin adından danışan siyasətçilər bilməlidirlər ki, Türkiyə toplama düşərgəsi deyil, Türkiyə qaçqın düşərgəsi deyil. Bura yoldan keçənlərin yurdu da deyil. Türkiyə Cümhuriyyəti dövlət sərhədlərinə hakimdir. Bu səbəbdən Türkiyədən soruşulmadan verilən bəzi ifadələrin gözümüzdə heç bir dəyəri yoxdur. Hamısı etibarsızdır. Türkiyə suveren dövlət olaraq öz qərarını özü verir”.

Ö.Çelik 2021-ci ildə nizamsız köçlə mübarizə çərçivəsində Türkiyənin cənub sərhədlərindən 160 min, şərq sərhədlərindən 90 min qeyri-qanuni miqrantın girməsinin qarşısının alındığını və təxminən 450 min suriyalının öz istəkləri ilə Suriyada yaradılan təhlükəsiz bölgələrə qaytarıldığını, Əfqanıstana geri göndərilən insanların sayının isə 235 minə çatdığını qeyd edib.

Sərhəd bölgələrində texnologiyanın imkanlarından 7 gün 24 saat istifadə edilərək, sərhəd təhlükəsizliyinin təmin olunduğuna diqqət çəkən Ö.Çelik bu mövzuda aparılan işlər haqqında da məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı böhranın hərtərəfli həllinin tərəfdarıdır.

“O, müntəzəm olaraq beynəlxalq diplomatik görüşmələr aparır – Əfqanıstandakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə, Almaniya Kansleri Angela Merkellə müzakirə edib. Biz “Taliban”ın nəzarətinə keçən Əfqanıstanda insan haqları mövzusunu yaxından izləyirik. Əfqan xalqını tək buraxmaq olmaz, orada hazırda həqiqi dram yaşanır”, - Çelik belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Sərxan Kamallı

Oxşar yazılar